ATƏT sədri Ermənistandakı vəziyyətdən narahatlığını ifadə edib

ATƏT sədri Ermənistandakı vəziyyətdən narahatlığını ifadə edib
# 25 fevral 2021 18:40 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistandakı vəziyyətdən narahatlığını ifadə edib.

APA-nın xəbərinə görə, bu barədə Ann Linde “Twitter”də bildirib.

“Ermənistandakı son hadisələrdən narahatam. Bütün tərəfləri ATƏT-in demokratik proseslər və qanunun aliliyi ilə bağlı öhdəliklərinə münasibətdə sülh yolu ilə hərəkət etməyə çağırıram. Vəziyyət zorakılıq olmadan həll olunmalıdır”, - deyə İsveç XİN başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR