ATƏT-ə sədrliyi dövründə Albaniyanın prioritetləri açıqlanıb

ATƏT-ə sədrliyi dövründə Albaniyanın prioritetləri açıqlanıb
  • Clock-gray 17:02
  • calendar-gray 05 Dekabr 2019

Albaniya 2020-ci ildə bir il müddətinə ATƏT-ə sədrlik edəcək.

APA-nın xəbərinə görə, ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxış edən Albaniyanın Xarici İşlər naziri Gent Cakaj bildirib ki, ATƏT regionunda sülhün, stabilliyin və demokratiyanın gücləndirilməsi istiqamətində səylər davam etdirilməlidir.

“Avropada stabillik, sülh və təhlükəsizlik yaratmaq üçün ərazi bütövlüyü, suverenlik, inteqrasiya, insan haqları ilə bağlı dəyərlərdən çıxış etməliyik. Münaqişələrin qarşısının alınması və ya həlli, o cümlədən seçkilərin izlənməsi unikal bir xüsusiyyətdir ki, Albaniya ATƏT-i xalqlara daha da yaxınlaşdırmaq üçün öz sədrliyi dövründə bundan istifadə edəcək. Digər tərəfdən, dialoq yolu ilə sabitlik də vacibdir. Bu gün təhlükəsizlik problemlərinin artdığı bir vaxtda biz körpülər yaratmaq üçün səylərimizi ikiqat artırmalıyıq”, - deyə Albaniya XİN başçısı qeyd edib.

Zümrüd Paşkin

Digər xəbərlər