Albaniya Baş Naziri: "Uzadılmış münaqişələrin həlli istiqamətində səylər gündəliyimizin əsasını təşkil edəcək"

Albaniya Baş Naziri: "Uzadılmış münaqişələrin həlli istiqamətində səylər gündəliyimizin əsasını təşkil edəcək"
  • Clock-gray 17:35
  • calendar-gray 06 Dekabr 2019

“Regionda uzadılmış münaqişələrin həlli istiqamətində səylər gündəliyimizin əsasını təşkil edəcək”.

APA-nn xəbərinə görə, bunu Albaniya Baş Naziri Edi Rama ATƏT-in Nazirlər Şurasının Bratislavada keçirilən 26-cı iclasında deyib.

Albaniyanın hökumət başçısı bildirib ki, üzv ölkələr arasında siyasi və təhlükəsizlik məsələlərində dərin fikir ayrılıqları mövcuddur və Albaniya təşkilata sədrlik edəcəyi dövrdə bu istiqamətdə çalışacaq: "Ukrayna münaqişəsi Avropada ən aktual təhlükəsizlik problemi olaraq qalır.  Regionumuzda həllini tapmamış, uzadılmış münaqişələr insanların həyatı bahasına başa gəlməyə davam edir və bu, qəbuledilməzdir. Buna görə də münaqişələrin həlli ilə bağlı səylər bizim sədrliyimiz dövründə gündəliyimizin əsasını təşkil edəcək”.

Baş Nazir qeyd edib ki, qadınlar qeyri-stabillik və münaqişələrdən əziyyət çəkməyə davam edir: "Onlar ədalətsiz olaraq sülh danışıqlarına buraxılmır. Buna görə də sədrliyimiz dövründə qadınlara qarşı şiddətə qarşı mübarizə aparacağıq və qadınların sülh və təhlükəsizliyə töhfə verməsi üçün onların iştirakına xüsusi diqqət ayıracağıq. Albaniya olaraq ölkəmizin qadınlar tərəfindən ATƏT-dəki yüksək postlarda təmsilinə imkan yaradacağıq. Diqqətinizə çatdırım ki, bu sahədə Albaniya nümunəvi ölkədir. Belə ki, Albaniyada qadınların dövlət idarəçiliyində sayının çoxluğuna görə dünyada top beşdədir”.

O, ölkəsinin ATƏT-ə sədrliyi dövründə korrupsiyaya, insan alverinə qarşı mübarizə aparılacağını və yaxşı idarəçiliyin təbliğ ediləcəyini qeyd edib:

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən etibarən ATƏT-ə sədrlik bir il müddətinə Albaniyaya keçir. 

Zümrüd Paşkin

Digər xəbərlər