Albaniyada zəlzələdə Baş Nazirin gəlini ailə üzvləri ilə birlikdə ölüb

Albaniyada zəlzələdə Baş Nazirin gəlini ailə üzvləri ilə birlikdə ölüb
# 29 noyabr 2019 14:24 (UTC +04:00)

Albaniyada zəlzələ qurbanları arasında ölkənin Baş Naziri Edi Ramanın gələcək gəlini də var.

APA-nın xəbərinə görə, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Baş Nazirin oğlu Qreqor Rama özünün “İnstagram” səhifəsində bildirib ki, nişanlısı Kristi Reçi ailə üzvləri – atası, anası və qardaşı ilə birlikdə dağıntılar altında qalıb.

Onların adları zəlzələ zamanı ölən insanların siyahısında da yer alıb.

Qeyd edək ki, Albaniyada 6,4 bal gücündə zəlzələ olub. Zəlzələdə ölənlərin sayı 48-ə çatıb, 790 nəfər xəsarət alıb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR