Almaniya Prezidentinə “AstraZeneca” peyvəndi vurulub

Almaniya Prezidentinə “AstraZeneca” peyvəndi vurulub
# 01 aprel 2021 14:53 (UTC +04:00)

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə “AstraZeneca” peyvəndi vurulub.

APA-nın RND-yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident Berlindəki Bundezver xəstəxanasında peyvənd olunub.

Frank-Valter Ştaynmayerə öz ölkəsində təsdiqlənmiş peyvəndlərə etibar etdiyini bildirib.

“Peyvənd pandemiyadan çıxış yolunda həlledici addımdır. Fürsətlərdən istifadə edin. Peyvəndləməyə qoşulun”, - deyə Almaniya Prezidenti xalqa müraciət edib.

Qeyd edək ki, Almaniya yaşı 60-dan aşağı olanlara “AstraZeneca” peyvəndinin vurulmasını dayandırıb. Belə ki, peyvənddən sonra beyin-damar trombozu halları meydana çıxdığı üçün ölkənin Vaksinasiya Komissiyası tövsiyəsini müvafiq olaraq dəyişdirib. Federal səhiyyə nazirləri bu tövsiyəni yerinə yetiriblər. 60-69 yaş qrupuna “AstraZeneca” peyvəndinin vurulmasına icazə verilib. Prezident Ştaynmayerin 65 yaşı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR