Almaniya XİN başçısı: "Donbasdakı münaqişə dueldə deyil, dialoqla həll olunmalıdır"

Almaniya XİN başçısı: "Donbasdakı münaqişə dueldə deyil, dialoqla həll olunmalıdır"
# 27 aprel 2021 19:35 (UTC +04:00)
"Donbasdakı münaqişə dueldə deyil, dialoqla həll olunmalıdır".
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas Slovakiyanın xarici işlər naziri İvan Korçakla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Müzakirə mövzuları arasında Ukraynadakı vəziyyət də var. Rusiyanın Ukrayna ilə sərhəddən qoşunlarını geri çəkməsi mesajı yaxşı xəbərdir. Bu sözlər dərhal əməllərlə müşayiət olunmalıdır. Atəşkəsin pozulmasının dayandırılması və Qara dənizə girişin açılması üçün növbəti addımların atılmasına ehtiyac var.
Problemləri dueldə deyil, dialoqda həll etməliyik, amma bunun üçün hər iki tərəf dialoqa hazır olmalıdır", Almaniyanın XİN başçısı deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR