Almaniya XİN: Ukraynanın şərqində insanlar uzun müddətdir sülh gözləyirlər

Almaniya XİN: Ukraynanın şərqində insanlar uzun müddətdir sülh gözləyirlər
# 09 dekabr 2019 16:14 (UTC +04:00)

"Rusiyanın Ukraynada sülhün tapılmasına verəcəyi töhfə Avropa İttifaqı (Aİ) - Rusiya münasibətlərinin inkişafı üçün vacibdir".

APA-nın xəbərinə görə, bunu Almaniya Xarici İşlər naziri Hayko Maas Aİ ölkələri XİN başçılarının görüşündən əvvəl deyib.

"Ukraynanın şərqində insanlar uzun müddətdir sülh gözləyirlər. Hazırkı məqamda Aİ-nin sanksiyaları dayandırmaq üçün heç bir səbəbi yoxdur”, - deyə Almaniya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, bu gün Parisdə Ukrayna münaqişəsi ilə əlaqədar "Normand dördlüyü" formatında sammit keçiriləcək. Sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında ayrıca görüşün keçiriləcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR