Almaniya sərt karantin rejiminə keçir

Almaniya sərt karantin rejiminə keçir
# 13 dekabr 2020 15:04 (UTC +04:00)

Almaniya hökuməti yeni növ koronavirusun (COVİD-19) yayılma tempini azaltmaq məqsədi ilə bu il dekabrın 16-dan 2021-ci il yanvarın 10-dək ölkədə sərt karantin rejimi tətbiq edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Almaniya Baş naziri Angela Merkel federal torpaqların baş nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib.

A. Merkel deyib ki, noyabrın 2-dən tətbiq olunan tədbirlər yetərli deyil, Almaniyada yenə də koronavirusa yoluxmanın sürətlə artdığı müşahidə olunur: “Biz hərəkətə keçməliyik və bunu indi edirik. Federal və yerli hakimiyyətlər ərzaq və bəzi mağazalar istisna ilə, ticarət mərkəzlərinin bağlanması, ictimai yerlərdə spirtli içkilərdən istifadənin və pirotexnikanın satışının qadağan edilməsi ilə bağlı razılığa gəliblər. Yeni il bayramında yığıncaqlara qadağa qoyulur”.

Baş nazir xüsusi hallar istisna ilə, məktəblərin və uşaq bağçalarının açıq olacağını, onlayn tədrisin genişlənəcəyini nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR