Almaniyada avtomobil piyadalara çırpılıb

Almaniyada avtomobil piyadalara çırpılıb
# 30 oktyabr 2020 07:24 (UTC +04:00)

Almaniyanın Kempen şəhərində avtomobil yoldan keçən piyadaları vurub, nəticədə bir nəfər ölüb, azı üç nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə təxminən 16:36-da (Bakı vaxtı ilə 19:36) radələrində baş verib. Bildirilir ki, naməlum səbəblərdən avtomobil yoldan səkiyə çıxaraq orada olan insanlara çırpılıb. Zərərçəkənlər helikopterlə xəstəxanaya aparılıb. Ölən şəxsin uşaq olduğu deyilir.

Polis sürücünün hadisəni qəsdən törətdiyinə dair heç bir dəlil olmadığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR