Almaniyada bir gündə koronavirusa 600-dən çox yoluxma halı qeydə alınıb

Almaniyada bir gündə koronavirusa 600-dən çox yoluxma halı qeydə alınıb
# 28 iyul 2020 08:23 (UTC +04:00)

Almaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 633 yoluxma halı qeydə alınıb, 4 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, Almaniyada indiyədək virusa yoluxanların ümumi sayı 206 242 nəfərə çatıb. Xəstəlikdən ölənlərin sayı 9122 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR