Almaniyada 3 nəfər koronavirusa yoluxub

Almaniyada 3 nəfər koronavirusa yoluxub
# 29 yanvar 2020 06:22 (UTC +04:00)

Almaniyanın Bavariya əyalətinin Səhiyyə İdarəsi çərşənbə axşamı 3 nəfərin koronavirusa yoluxduğunu açıqlayıb.

APA Sputnik-ə istinadən xəbər verir ki, həmin şəxslərin bu virusa Bavariyada çinli qadından yoluxduğu bildirilir.

Xəstələr karantin və tibbi nəzarət altına alınıb.

Almaniya səhiyyə rəsmilərinin sözlərinə görə, yeni yoluxmuş insanlar çinli qadınla birlikdə işləyiblər.

Bavariya rəhbərliyi hazırda 40-a yaxın şəxsin nəzarət altında saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, koronavirus Çinin mərkəz hissəsində yerləşən Uhan şəhərində 2019-cu ilin dekabrında meydana gəlib və digər ölkələrə yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yüzdən çox insanın ölməsinə baxmayaraq, virusu hələ də qlobal təhlükə hesab etmir.

Son məlumatlara görə, Çində koronavirusa yoluxanların rəsmi sayı hazırda 4333 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR