Almaniyada iki həftə əvvəl bıçaqla turistlərə hücum edən şəxs tutulub

Almaniyada iki həftə əvvəl bıçaqla turistlərə hücum edən şəxs tutulub
# 21 oktyabr 2020 17:26 (UTC +04:00)

Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları iki həftə əvvəl Drezdendə bıçaqla iki turistə hücum edən şəxsi saxlayıblar.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, turistlərdən biri xəstəxanada vəfat edib, digəri isə yaralanıb.

Saxlanılan şəxsin Suriya vətəndaşı olduğu məlum olub. O, 2015-ci ildə Almaniyaya gəlib. Onun “İŞİD” terror təşkilatının üzvü olduğu ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR