Almaniyada ilk dəfə koronavirusun Cənubi Afrika ştammı aşkar edilib

Almaniyada ilk dəfə koronavirusun Cənubi Afrika ştammı aşkar edilib
# 13 yanvar 2021 07:11 (UTC +04:00)

Almaniyanın cənub-qərbində yerləşən Baden-Vürttemberq federal əyalətində ilk dəfə olaraq koronavirusun Cənubi Afrikada mutasiya etmiş ştammı - “B.1.351” aşkar edilib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Sosial Siyasət və Torpaq İnteqrasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, koronavirusun sözügedən növünə yoluxanlar ötən il dekabrın 13-də Cənubi Afrikadan ölkəyə gəliblər.

Ölkəyə daxil olan 3 ailənin bütün üzvləri karantinə alındıqdan 5 gün sonra onların hamısı testdən keçirilib, lakin cavablar mənfi olub.

Bir neçə gündən sonra ailə üzvlərindən 6 nəfərində yeni virusun yüngül simptomları qeydə alınıb.

Onlar təkrar təkrar müayinədən keçirildikdə Cənubi Afrikada ştammına yoluxduqları təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR