Almaniyada ilk koronavirus daşıyıcısı aşkarlanıb

Almaniyada ilk koronavirus daşıyıcısı aşkarlanıb
# 28 yanvar 2020 05:48 (UTC +04:00)

Almaniyada yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya ilk yoluxma halı qeydə alınıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Bavariya federal əyalətinin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumata görə, koronavirus Ştarnberq bölgəsindən olan bir kişidə aşkarlanıb: “O, nəzarət altındadır və ətrafdakılardan təcrid olunub”.

Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər.

Yeni növ 2019-nCoV koronavirusun yaratdığı pnevmoniyanın bölgədə yayılması riski hazırda təhlükəli hesab edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR