Almaniyada iqtidarda olan Xristian Demokrat İttifaqı Partiyasına yeni sədr seçilib

Almaniyada iqtidarda olan Xristian Demokrat İttifaqı Partiyasına yeni sədr seçilib
# 16 yanvar 2021 15:01 (UTC +04:00)

Almaniyanın hakim Xristian Demokrat İttifaqı Partiyasının yeni sədri seçilib.

APA-nın dw-yə istinadən verdiyi xəbərə görə, Armin Laşet partiyanın yeni lideri seçilib.

Bu gün keçirilən onlayn iclasda partiyanın 1001 nümayəndəsi iştirak edib. Partiyaya sədrlik üçün 3 namizəd - siyasətçi Friedrix Merz, Şimali Ren-Vestfaliya torpağının dövlət naziri Armin Laşet və Bundestaqın Xarici Məsələlər Komitəsinin sədri Norbert Röttgen mübarizə aparıb.

Onlayn səsvermənin birinci mərhələsində A. Laşet 380, F. Merz 385, N. Röttgen isə 224 səs toplayıb.

İkinci mərhələdə isə A. Laşet 521 səs toplayaraq 466 səs toplayan F. Merzə qalib gəlib.

Onlayn səsvermədə qalib olan Merkelin müttəfiqi Armin Laşetin qazandığı səslər poçt bülleteni vasitəsi ilə qanuni olaraq təsdiqlənməlidir.

Qeyd edək ki, sentyabrda keçiriləcək seçkilərdə Xristian Demokrat İttifaqı Partiyası qalib gələrsə, Armin Laşet Almaniya kansleri olacaq.

Xatırladaq ki, Almaniyanın hazırkı kansleri Angela Merkel Xristian Demokrat İttifaqı Partiyasının sədri postunu 2018-ci ildə tərk edib. Bununla belə, kansler vəzifəsində qalıb. Partiyanın sədri vəzifəsinə isə Annegret Kramp-Karrenbauer seçilib.

Angela Merkel partiyanın 2018-ci ilin oktyabrında keçirilən qurultayında sədrlikdən getdiyini bildirərək, 2021-ci ilin sentyabrında baş tutacaq seçkilərdə də beşinci dəfə kansler vəzifəsi üçün mübarizə aparmayacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR