Almaniyada kafelərə silahlı hücum nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB-1

Almaniyada kafelərə silahlı hücum nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB-1
# 20 fevral 2020 11:34 (UTC +04:00)

Almaniyada kafelərə edilmiş silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Hadisəni törədənin şəxsiyyəti də məlum olub. “Bild” qəzetinin məlumatına görə, cinayəti törədən Almaniya vətəndaşı olan radikal sağçı Tobias R.-dir.

***

saat 08:20

Almaniyanın Hanau şəhərində 8 nəfəri güllələyərək qətlə yetirən, daha 5 nəfəri yaralayan şəxs polis tərəfindən tutlub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik bu məlumata münasibət bildirməyib.

Nəşr hadisə zamanı ölənlərin etnik kürdlər olduğunu ehtimal edir.

Hadisənin motivləri barədə məlumat verilməyib.

****

04:10

Almaniyanın Hesse federal əyalətinin Hanau şəhərində bir nəfərin açdığı atəş nəticəsində 8 nəfər ölüb, 5 nəfər yaralanıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Hanau polisi xəbəri təsdiqləyib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, polis genişmiqyaslı əməliyyata başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR