Almaniyada koronavirusa sutkalıq yoluxma sayı 30 mini keçib

Almaniyada koronavirusa sutkalıq yoluxma sayı 30 mini keçib
  • Clock-gray 17:11
  • calendar-gray 17 Dekabr 2020

Almaniyada ilk dəfə son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı 30 mini ötüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Almaniya Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-un yoluxma statistikasını aparan Robert Kox İnstitutu ölkədə son sutka ərzində 26 923 yoluxmanın qeydə alındığını açıqlayıb. Lakin daha sonra bildirilib ki, texniki problemlər səbəbindən Baden-Vürttemberq federal əyalətində baş vermiş 3 500 yeni yoluxma sayı ölkə ərazisində qeydə alınmış yoluxma sayının üzərinə əlavə edilməyib.

Qeyd edilib ki, bununla da Almaniyada son sutka ərzində COVID-19-a yoluxanların sayı 30 423 nəfər təşkil edir.

Zümrüd Paşkin

Digər xəbərlər