Almaniyada koronavirusa yoluxanların sayı 156 mini keçib

Almaniyada koronavirusa yoluxanların sayı 156 mini keçib
# 28 aprel 2020 09:29 (UTC +04:00)

Almaniyada son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1144 yoluxma qeydə alınıb, 163 nəfər vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, Almaniyada COVID-19-a yoluxanların sayı 156 337 nəfərə çatıb, 5913 nəfər vəfat edib.

Almaniyada 117 min nəfərdən çox şəxs koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR