Almaniyada koronavirusa yoluxanların sayı 2,3 milyona yaxınlaşıb

Almaniyada koronavirusa yoluxanların sayı 2,3 milyona yaxınlaşıb
# 10 fevral 2021 10:23 (UTC +04:00)

Almaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 8072 yoluxma halı qeydə alınıb, 813 nəfər vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, Almaniyada indiyədək koronavirusa yoluxanların sayı 2 299 996, xəstəlikdən ölənlərin sayı isə 62 969 nəfərə çatıb.

Almaniyada COVID-19-dan sağalanların sayı isə 2,1 milyon nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR