Almaniyada koronavirusa yoluxanların sayı 90 min nəfəri keçib

Almaniyada koronavirusa yoluxanların sayı 90 min nəfəri keçib
# 05 aprel 2020 07:48 (UTC +04:00)

Almaniyada koronavirusdan ölənlərin sayı 1318 olub, 91 314 nəfər isə bu virusa yoluxub.

APA xəbər verir ki, belə bir statistikanı federal əyalətlərdən əldə olunmuş məlumatlar əsasında “FOCUS online” portalı yayıb.

Almaniyada koronavirusun episentri Bavariya hesab olunur. Ondan sonra Şimali Reyn – Vestfaliya və Baden – Vürtemberq gəlir. Ölkədə ümumilikdə 24 mindən insan sağalaraq xəstəxanaları tərk edib.

Son sutka ərzində ölkə ərazisində təxminən 166 nəfər virusun qurbanına çevrilib, təxminən 6 min nəfər virusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR