Almaniyada koronavirusun yayılma sürəti aşağı düşüb

Almaniyada koronavirusun yayılma sürəti aşağı düşüb
# 14 aprel 2020 15:33 (UTC +04:00)

Almaniya hökumətinin COVID-19-un yayılmasının qarşısını almaq üçün həyata keçirdiyi tədbirlər müsbət nəticə verir.

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın aparıcı ictimai səhiyyə orqanı olan Robert Kox İnstitutunun rəhbəri Lothar Wieler keçirdiyi mətbuat konfransında bildirib.

“Hələ ki infeksiyanın yayılmasının tamamilə dayanmasından danışa bilmərik, ancaq onun yayılmasının səngiməsi müşahidə olunur. Göstərilən səylərin müsbət nəticələr verdiyini görmək çox yaxşıdır”, - deyə o bildirib.

İnstitutun rəhbəri qeyd edib ki, ölkədə koronavirusdan ölüm nisbəti 2,4%-dir, lakin yaşlı insanların yoluxmasının artacağı təqdirdə bu faiz də arta bilər.

Lakin o, Almaniyada virusun inkişafının hazırkı şəkildə davam edəcəyi halda, xəstəxanalarda həddindən artıq yüklənmə təhlükəsinin olmadığını söyləyib.

L. Wieler qeyd edib ki, Almaniyada yoluxanların orta yaşı 49-dur və yoluxan şəxslərdə öskürək, temperatur, burun tutulması, dad və qoxunun yoxa çıxması simptomları daha çox özünü göstərib: “Xəstələrin 2%-də sətəlcəm müşahidə olunub. 16% isə xəstəxanalarda müalicə alıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR