Almaniyada naməlum şəxs bir neçə nəfəri bıçaqlayıb

Almaniyada naməlum şəxs bir neçə nəfəri bıçaqlayıb
# 20 noyabr 2020 03:12 (UTC +04:00)

Almaniyanın qərbində Oberhauzen şəhərində hələlik kimliyi müəyyən edilməyən kişi soyuq silahdan istifadə edərək bir neçə nəfəri yaralayıb.

APA-nın xəbərinə görə, bu barədə yerli “WAZ” nəşri məlumat yayıb.

Cinayətkarın istifadə etdiyi silah və xəsarət alanların səhhətilə bağlı açıqlama verilməyib.

Yerli polisdən bildirilib ki, faktla bağlı araşdırma davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR