Almaniyada naməlum şəxs insanlara atəş açıb, 6 nəfər ölüb

Almaniyada naməlum şəxs insanlara atəş açıb, 6 nəfər ölüb
# 24 yanvar 2020 17:24 (UTC +04:00)

Almaniyanın Baden-Vyurtemberq əyalətinin Rot-am-Ze qəsəbəsində atışma baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin kafedə açdığı atəş nəticəsində 6 nəfər ölüb.

Polisin yaydığı məlumata əsasən, cinayətdə şübhəli bilinən şəxs saxlanılıb.

Polisdən insidentin terror aktı olmadığı, məişət zəminində baş verdiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR