Almaniyada son sutkada 1 147 nəfər koronavirusa yoluxub

Almaniyada son sutkada 1 147 nəfər koronavirusa yoluxub
# 07 avqust 2020 11:00 (UTC +04:00)

Almaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 147 yoluxma halı qeydə alınıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, ölkədə indiyədək virusa yoluxanların ümumi sayı 214 214 nəfərə çatıb.

Son 24 saat ərzində 8 nəfər vəfat edib ki, bununla da Almaniyada indiyədək koronavirusdan ölənlərin ümumi sayı 9 183 nəfər çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR