Almaniyada son sutkada 11 192 nəfər koronavirusa yoluxub

Almaniyada son sutkada 11 192 nəfər koronavirusa yoluxub
# 31 yanvar 2021 09:53 (UTC +04:00)

Almaniyada son sutkada 11 192 nəfər koronavirusa yoluxub, 399 nəfər virus səbəbi ilə ölüb.

APA bildirir ki, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinin strukturuna daxil olan Robert Kox İnstitutu məlumat verib.

İnstitutun məlumatına görə, Almaniyada indiyə kimi 2 216 363 nəfər infeksiyaya yoluxub, 56 945 xəstə virusla bağlı ölüb.

1,9 milyondan çox insan isə bu xəstəlikdən sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR