Almaniyada son sutkada 213 nəfər koronavirusa yoluxub, daha 11 nəfər isə ölüb

Almaniyada son sutkada 213 nəfər koronavirusa yoluxub, daha 11 nəfər isə ölüb
# 02 iyun 2020 08:47 (UTC +04:00)

Almaniyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son sutkada 213 nəfər artaraq, ümumilikdə 182 mini keçib.

APA xəbər verir ki, bu barədə Robert Kox İnstitutunun son hesabatında qeyd olunub.

İnstitutun məlumatına görə, Almaniyada indiyədək 182 028 nəfər koronavirusa yoluxub, 8522 nəfər isə bu virusun qurbanına çevrilib. Son sutkada daha 11 belə xəstə həyatdan köçüb.

Ölkədə indiyədək 166,4 mindən çox insan müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR