Almaniyada son sutkada 286 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb

Almaniyada son sutkada 286 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb
# 31 may 2020 11:49 (UTC +04:00)

Almaniyada son sutka ərzində 286 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

Ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 181 482 nəfərə çatıb.

İctimai Səhiyyə İnstitutunun məlumatına görə, son 24 saat ərzində 11 nəfər koronavirusdan vəfat edib və indiyədək ölənlərin ümumi sayı 8500-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR