Almaniyada son sutkada koronavirusa 1630 yeni yoluxma qeydə alınıb

Almaniyada son sutkada koronavirusa  1630 yeni yoluxma qeydə alınıb
# 12 sentyabr 2020 11:11 (UTC +04:00)

Almaniyada son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1630 yeni yoluxma qeydə alınıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu bildirib.

Ölkədə indiyədək 258480 nəfər infeksiyaya yoluxub.

Son sutkada 5 nəfər vəfat edib ki, bununla da Almaniyada indiyədək koronavirusdan ölənlərin sayı 9347 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR