Almaniyada son sutkada koronavirusdan 30 nəfər ölüb

Almaniyada son sutkada koronavirusdan 30 nəfər ölüb
# 05 iyun 2020 08:47 (UTC +04:00)

Almaniyada son sutkada yeni növ koronavirusdan 30 nəfər ölüb, 475 nəfər yoluxub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə yeni virusa yoluxanların ümumi sayı 183 271 nəfərə, ölənlərin sayı isə 8613 nəfərə yüksəlib. Sağalanların sayının 168 500-dən çox olduğu bildirilib.

Ən çox infeksiyaya yoluxma Bavariya (47268), Şimali Reyn-Vestfaliya (38439) və Baden-Vürttemberq (34870) bölgələrində qeydə alınıb.

Paytaxt Berlində isə 6946 nəfərdə koronavirus aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR