Almaniyada son sutkada koronavirusdan 6 nəfər ölüb

Almaniyada son sutkada koronavirusdan 6 nəfər ölüb
# 27 iyun 2020 10:29 (UTC +04:00)

Almaniyada son sutkada yeni növ koronavirusa (COVID-19) 687 yoluxma halı qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bununla da ölkədə indiyədək koronavirus infeksiyasına yoluxanların ümumi sayı 193243 nəfərə çatıb.

Almaniyada son 24 saat ərzində 6 nəfər koronavirusdan vəfat edib ki, bununla da bu günə qədər infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 8954-ə çatıb. İndiyədək xəstəlikdən 177500 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR