Almaniyada sərt karantin rejiminin tətbiqinə dair razılıq əldə olunub

Almaniyada sərt karantin rejiminin tətbiqinə dair razılıq əldə olunub
# 13 dekabr 2020 02:11 (UTC +04:00)

Almaniyanın federal və regional rəhbərlikləri ölkədə ən geci 16 dekabrdan etibarən sərt karantin rejiminin tətbiq edilməsi barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə “Business Insider” nəşri Almaniya hökumət başçısının ofis rəhbərləri ilə torpaqların baş nazirləri arasındakı danışıqların nəticələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Angela Merkelin ofisi yeni qapanmanın 15 dekabrdan tətbiq olunmasında israrlıdır. Bu barədə son qərar bazar günü Almaniya kansleri ilə federal əyalətlərin baş nazirləri arasında keçiriləcək görüş zamanı veriləcək. Görüş videokonfrans formatında aparılacaq və yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.

Plana əsasən, fərdi yaşayış evlərində və mənzillərdə maksimum beş nəfər olmaqla, ən çoxu iki ailə nümayəndələrinin görüşməsinə icazə veriləcək. Bu qayda 14 yaşdan aşağı uşaqlara şamil edilmir. 24-26 dekabr tarixləri arasında maksimum 10 nəfərin görüşməsinə icazə verilə bilər, söhbət yenə də yalnız qohum ailələrdən gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR