Almaniyada sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB

Almaniyada sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
# 02 dekabr 2020 07:10 (UTC +04:00)

Almaniyanın Trir şəhərində "Range Rover" marakalı avtomobilin vurması nəticəsində ölən piyadaların sayı 5 nəfərə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl, Reynland-Pfalz federal əyalətinin Daxili İşlər naziri Roger Levenz 4 qurban barədə məlumat vermişdi.

***

01 dekabr, saat 18:31

Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb.

APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, Almaniyanın Trir şəhərində qara rəngli "Range Rover" marakalı avtomobil piyadaların hərəkət etdiyi səkiyə sürülüb.
Hadisə nəticəsində 2 nəfər həlak olub, 10-dan çox şəxs yaralanıb.
Polis avtomobili dayandırmağa müvəffəq olub və sürücü saxlanılıb.
Hadisənin motivi bəlli deyil.
Polis vətəndaşları ərazidən uzaq durmağa çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR