Almaniyada xaricdən gələnlər üçün yeni karantin qaydaları qüvvəyə minib

Almaniyada xaricdən gələnlər üçün yeni karantin qaydaları qüvvəyə minib
# 08 noyabr 2020 13:45 (UTC +04:00)

Əlverişsiz epidemioloji vəziyyəti olan ölkələrdən Almaniya ərazisinə daxil olanlar üçün yeni karantin qaydaları bu gündən qüvvəyə minib.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni qaydalara əsasən, özünütəcrid müddəti əvvəlki kimi 14 gün deyil, 10 gün davam edəcək, lakin bunun üçün Almaniyaya gəlməzdən öncə şəxsi məlumatları onlayn qeydiyyat sisteminə daxil etmək lazım olacaq.

Bu günədək Almaniyaya gələnlər koronavirus testindən keçə və nəticə mənfi olarsa, istənilən vaxt karantini kəsə bilərdilər. Bu qayda qüvvədə qalır, lakin yalnız özünütəcrid müddətinin beşinci günündən etibarən.

İstisnalar tranzit yolla Almaniyaya gələn insanlara, həmçinin sərhəddən mal daşıyan yük avtomobillərinin sürücüləri, maşinist və pilot, diplomatlar, xarici səfərlərdən qayıdan dövlət məmurlarına aiddir. Alış-veriş üçün başqa ölkələrə gedən sərhədyanı bölgə sakinlərinin karantinə alınmayacaq.

Almaniya hökuməti əlverişsiz epidemioloji vəziyyəti olan ölkələrin siyahısını daim yeniləyir. Hazırda bu siyahıya Avropanın əksər ölkələri və Rusiya daxildir. Bu həftə siyahıya bütün İtaliya, Danimarkanın bəzi bölgələri, Litva, Portuqaliya və İsveç əlavə edilib.

Xatırladaq ki, Almaniyada son sutka ərzində 16 017 nəfər koronavirusa yoluxub, 63 nəfər ölüb. İndiyədək Almaniyada COVID-19 virusuna 658 505 insan yoluxub, 11 289 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR