Angela Merkel AŞPA-nın yaz sessiyasında çıxış edəcək

Angela Merkel AŞPA-nın yaz sessiyasında çıxış edəcək
# 24 mart 2021 00:15 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası 19-22 aprel 2021-ci il tarixlərində hibrid formatda (birbaşa və onlayn) keçiriləcək.

APA-nın Britaniya bürosu təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, AŞPA üzvlərinə yaz sessiyasında qış sessiyada olduğu kimi uzaqdan və ya Strasburqda şəxsən iştirak etmək imkanı yaradılacaq.

Yaz sessiyası zamanı Almaniyanın Nazirlər Komitəsinin sədrliyi münasibətilə, kansler Angela Merkel və Xarici İşlər naziri Heiko Maas iştirak edəcəklər.

Gündəlikdəki mövzulara isə Assambleyanın Avropa Şurasının strateji prioritetlərinə baxışı və Belarusda seçki islahatlarına ehtiyac barədə birgə müzakirələr daxildir.

Sessiya çərçivəsində "Aleksey Navalnının 2021-ci ilin yanvarında həbsi" mövzusunda təcili bir debat tələbi də təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR