Ankarada uşaqların bütün alış-veriş mərkəzlərinə girişi qadağan edilib

Ankarada uşaqların bütün alış-veriş mərkəzlərinə girişi qadağan edilib
# 29 mart 2020 16:11 (UTC +04:00)

Ankara Valiliyi koronavirus ilə mübarizə ilə əlaqədar uşaqların bazar və marketlərə (hiper,super və kiçik marketlər) girişini qadağan edib.

APA xəbər verir ki, bu barədə Valiliyin "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, 27.03.2020 tarixindən uşaqların bütün alış-veriş mərkəzlərinə girişi qadağan edilib.

Qeyd edək ki, ötən gün İstanbul valiliyi tərəfindən də belə qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR