Arçil Talakvadze Gürcüstan parlamentinin spikeri seçilib

Arçil Talakvadze Gürcüstan parlamentinin spikeri seçilib
# 11 dekabr 2020 16:01 (UTC +04:00)

Arçil Talakvadze 10-cu çağırış Gürcüstan parlamentinin spikeri seçilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında 86 deputat A. Talakvadzenin parlament spikeri postuna tutmasını dəstəkləyib.

Hakim “Gürcü Arzusu” partiyasından olan Gia Volski parlamentin birinci vitse-spikeri, hakim partiyadan olan digər deputatlar Davit Sergeyenko və Kaxaber Kuçava isə parlamentin vitse-spikerləri seçilib.

Qeyd edək ki, K. Kuçava Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir.

Səsverməə müxalif partiyaların boykotu fonunda baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR