Arçil Talakvadze: “Strateji tərəfdaşlarımızla yaxşı münasibətlərimiz var”

Arçil Talakvadze: “Strateji tərəfdaşlarımızla yaxşı münasibətlərimiz var”
# 24 iyul 2020 13:40 (UTC +04:00)

“Strateji tərəfdaş ölkələrlə münasibətlərin qorunması Gürcüstan hökuməti üçün prioritet istiqamətdir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Serbiyadan Gürcüstan vasitəsilə Ermənistana silah-sursat daşınması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Parlamentin sədri qeyd edib ki, bununla bağlı yayılan xəbərlər əsassızdır: “Bu, xüsusi bir media orqanının heç bir əsası olmayan versiyasıdır. Qonşularımızla, strateji tərəfdaşlarımızla yaxşı münasibətlərimiz var və əlbəttə ki, gələcəkdə də bu əlaqələrin rəvan şəkildə davam etməsini təmin etmək bizim üçün prioritet olacaqdır. Bu məlumatın heç bir əsası yoxdur və sizi əmin edirəm ki, Gürcüstanın Azərbaycanla münasibətlərində heç bir narahatlıq ola bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR