Avronestin sədri: “Avropa Azərbaycanı vacib tərəfdaş kimi nəzərdən keçirir”

Avronestin sədri: “Avropa Azərbaycanı vacib tərəfdaş kimi nəzərdən keçirir”
  • Clock-gray 14:13
  • calendar-gray 10 Dekabr 2019

“Azərbaycan Avropanın enerji təhükəsizliyinin təmin edilməsi baxımından böyük önəmə malikdir”.

Bu barədə APA-nın Gürcüstan bürosuna açıqlamasında Avropa Parlamentinin üzvü, Avronestin sədri Andrius Kubilius deyib. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanı vacib tərəfdaş kimi nəzərdən keçirir.

“Avropa enerji mənbələrinin, qaz tədarükçülərinin şaxələndirilməsinə ehtiyac duyur. Bu məqsədlə LNG terminalları inşa edilir. Aydındır ki, Azərbaycan bu baxımdan Avropa üçün vacibdir. Avropa Azərbaycanı vacib bir tərəfdaş kimi nəzərdən keçirir”, -deyə A.Kubilius vurğulayıb.

Səid Babazadə

Digər xəbərlər