Avropa Dərman Agentliyi "AstraZeneca"nın qan laxtalanmasına səbəb olmadığını açıqlayıb

Avropa Dərman Agentliyi "AstraZeneca"nın qan laxtalanmasına səbəb olmadığını açıqlayıb
# 16 mart 2021 18:51 (UTC +04:00)

COVID-19-a qarşı “AstraZeneca” peyvəndinin qanda laxtalanmaya səbəb olması ilə bağlı heç bir sübut yoxdur.

APA-nın DW-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Dərman Agentliyinin rəhbəri Emer Kooki bildirib.

“Agentlik hələ də “AstraZeneca” peyvəndinin COVID-19-un qarşısının alınmasında göstərdiyi faydaların, onun yan təsirlərindən çox olduğuna qətiyyətlə əmindir”, - deyə o qeyd edib.

Avropa Dərman Agentliyinin rəhbəri vurğulayıb ki, peyvənd vurulandan sonra qanda laxtalanmanın yaranmasına dair iddialar araşdırılır və martın 18-də araşdırmanın nəticələri təqdim olunacaq.

Qeyd edək ki, Almaniya, Fransa və İtaliya da daxil olmaqla, bəzi ölkələr sağlamlıq təhlükəsi ilə əlaqədar “AstraZeneca”nın istifadəsini dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR