Avropa İttifaqı Dəniz Qüvvələri "İrini əməliyyatı"nın Türkiyənin icazəsi olmadan aparıldığını etiraf edib - YENİLƏNİB

Avropa İttifaqı Dəniz Qüvvələri "İrini əməliyyatı"nın Türkiyənin icazəsi olmadan aparıldığını etiraf edib - YENİLƏNİB
  • Clock-gray 22:26
  • calendar-gray 23 Noyabr 2020

Avropa İttifaqı Dəniz Qüvvələri tərəfindən "İrini əməliyyatı"nın Türkiyənin icazəsi olmadan aparıldığı etiraf edilib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə "Anadolu" xəbər agentliyi məlumat yayıb.

Xatırladaq ki, Avropa İttifaqı Dəniz Qüvvələri BMT-nin Liviyaya silah məhdudiyyətləri tətbiq etmək məqsədi ilə 31 mart 2020-ci ildən Aralıq dənizində “İrini” (yunanca barış) Hərəkatına başlanıb. Hərəkatın mərkəzi Romada yerləşir. 

Lakin beynəlxalq hüququn bəzi tələblərinə görə, “İrini” qərəzli və qanunsuz bir əməliyyat hesab edilir.

***

21:52

Türkiyə Xarici İşlər Nazirliyi Almaniya, İtaliya və Avropa İttifaqına nota verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Qeyd olunub ki, Avropa İttifaqının, İtaliyanın Ankaradakı səfiri və Almaniyanın Ankaradakı müvəqqəti işlər vəkili (Almaniyanın Türkiyədəki səfiri Ankaradan kənarda olduğu üçün) Türkiyənin Xarici İşlər nazirinin müavini Sedat Önal tərəfindən XİN-ə çağırılıb.

“Türkiyənin açıq icazəsi olmadan bizə məxsus “Roseline A” ticarət gəmisinə “İrini əməliyyatı” çərçivəsində minib axtarış aparılması hadisəsinə etiraz edildi. Bununla bağlı əlaqədar ölkələrə nota verildi. Notada hadisənin beynəlxalq hüquqa zidd olduğu və təzminat hüquqlarımızın da qorunduğu qeyd edildi”, deyə Türkiyə XİN-dən verilən açıqlamada bildirilib. 

Qeyd edək ki, dünən Aralıq dənizi vasitəsilə Liviyaya ərzaq, boya və bu kimi məhsullar aparan Türkiyəyə məxsus ticarət gəmisində kapitanı yunan olan Almaniyaya məxsus “Hamburq” gəmisinin hərbi heyəti beynəlxalq dəniz qanunlarına zidd olaraq axtarış aparıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər