Avropa İttifaqının ticarət məsələləri üzrə yeni komissarı müəyyənləşib

Avropa İttifaqının ticarət məsələləri üzrə yeni komissarı müəyyənləşib
# 08 sentyabr 2020 14:32 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) ticarət məsələləri üzrə komissarı bəlli olub.
APA-nın "Politico.eu"ya istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Aİ-nin yeni ticarət komissarı, Meyrid Mak Qinness isə Aİ-nin maliyyə xidmətlərinə məsul olan yeni komissarı olacaq.
Qeyd edək ki, keçən ay Fil Hoqanın istefasından bəri ticarət komissarı vəzifəsini Valdis Dombrovsksis icra edirdi.
Avropa Komissiyasının Prezidenti Ursula for der Leyen bildirib ki, İrlandiya hökumətinin təqdim etdiyi namizədlər arasında xanım Mak Qinnesin namizədliyini dəstəkləyib və İrlandiyanı təmsil edəcək yeni komissarın namizədliyini Aİ Şurasına və Avropa Parlamentinə göndərib. Avropa Komissiyasının Prezidenti bildirib ki, irlandiyalı yeni komissar Aİ-nin maliyyə xidmətləri, maliyyə sabitliyi və kapital bazarları ittifaqından məsul olacaq.
Xatırladaq ki, Aİ-nin ticarət məsələləri üzrə komissarı, İrlandiya təmsilçisi Fil Hoqan COVID-19-la bağlı karantin qaydalarını pozduğuna görə tənqid olunub və istefa verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR