Avropa Komissiyası Londonun sərt cavabından sonra Şimali İrlandiyaya peyvənd ixracına qadağanı götürüb

Avropa Komissiyası Londonun sərt cavabından sonra Şimali İrlandiyaya peyvənd ixracına qadağanı götürüb
  • Clock-gray 08:24
  • calendar-gray 30 Yanvar 2021

Avropa Komissiyası koronavirusa qarşı peyvəndlərin Şimali İrlandiyaya tədarükünə qoyulmuş qadağanı ləğv edib. Qadağa cəmiyyət üzvlərindən kənar ölkələrə peyvənd ixracını əngəlləyən mexanizm əsasında qoyulmuşdu ki, Şimali İrlandiya da Birləşmiş Krallığın tərkibi olaraq bu qadağa ilə üzləşmişdi.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Brüsseldə yaydığı bəyanatda deyilir.

Avropa Komissiyasının peyvənd ixracatını əngəlləmək cəhdi Şimali İrlandiyada “düşmənçilik hərəkəti” kimi qiymətləndirildi və Britaniya hökuməti Avropa Komissiyasına qarşı güclü diplomatik hücuma başladı ki, sonda uğurla nəticələndi.

“Avropa Komissiyası xaricində peyvəndlərin ixracı ilə bağlı şəffaflığın çatışmamasına cavab olaraq, Avropa Komissiyası bu ixracatın yalnız təşkilata üzv dövlətlərin icazəsi ilə həyata keçirilməsini tələb edən mexanizmi işə salıb. Bu mexanizmin tamamlanması müddətində Avropa Komissiyası zəmanət verir ki, protokol (“Brexit” razılaşması çərçivəsində İrlandiya Respublikası ilə Şimali İrlandiya arasındakı sərhədin şəffaflığına dair) bundan təsirlənməyəcək. Avropa Komissiyası Şimali İrlandiyaya peyvənd tədarükünü əngəlləyən ehtiyat tədbirlərini tətbiq etmir”, - deyə bəyanatda qeyd olunur.

apa-logo-mini

Digər xəbərlər