Avropa Komissiyası yaya qədər Aİ-yə üzv ölkələrin əhalisinin ən azı 70%-nin peyvənd edilməsini tövsiyə edib

Avropa Komissiyası yaya qədər Aİ-yə üzv ölkələrin əhalisinin ən azı 70%-nin peyvənd edilməsini tövsiyə edib
  • Clock-gray 19:32
  • calendar-gray 19 Yanvar 2021

Avropa Komissiyası koronavirus pandemiyasına qarşı mübarizə məqsədi ilə yay aylarına qədər Avropa İttifaqı ölkələrinin (Aİ) əhalisinin ən azı 70%-nin peyvənd edilməsini tövsiyə edib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının pandemiyaya qarşı mübarizəni gücləndirmək üçün tövsiyə etdiyi tədbirlərdən ibarət sənəddə qeyd olunub. 

Bildirilib ki, Aİ-yə üzv ölkələrin hökumətləri  peyvənd kampaniyalarının sürətinə və peyvənd olunacaq prioritet qruplara özləri qərar verir.  Avropa Komissiyası Aİ-yə üzv ölkələrin yay aylarına qədər əhalinin 70%-ni peyvənd olunmasını tövsiyə edib və bildirib ki, bu, təxminən 200 milyondan çox insanın peyvənd olunması deməkdir.

Sənəddə həmçinin mart ayına qədər Aİ ölkələrində 80 yaşdan yuxarı insanların ən az 80%-i və səhiyyə işçilərinin 80%-nin peyvənd olunması tövsiyə olunub. Aİ indiyədək təxminən 2.3 milyard doza COVID-19 peyvəndi sifariş verib. İndiyədək yalnız iki peyvənd - BioNTech" - "Pfizer" və "Moderna"nın peyvəndləri Aİ-də istifadə təsdiqini alıb. 
Aİ "Pfizer"-"BioNTech" tərəfindən hazırlanan peyvənddən 600 milyon doza sifariş verib və artıq ilkin tədarük Aİ-yə göndərilib və ilin sonunadək bu davam edəcək.
Avropa Komissiyası Aİ ölkələrinə səyahəti asanlaşdırmaq üçün bu ayın sonan qədər peyvənd sertifikatlarında ortaq yanaşma tətbiq etməyə çağırıb.

Zümrüd Paşkin

Digər xəbərlər