Avropa Komissiyasına təyin ediləcək namizədlərin yeni siyahısı təsdiqlənib

Avropa Komissiyasına təyin ediləcək namizədlərin yeni siyahısı təsdiqlənib
# 25 noyabr 2019 14:36 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurası Avropa Komissiyasına təyin ediləcək namizədlərin yeni siyahısını təsdiqləyib.

APA-nın xəbərinə, görə bu barədə Aİ Şurasının saytında məlumat verilib.

Avropa İttifaqı Müqaviləsinin (Maastrixt Müqaviləsi) 17-ci maddəsinin 7-ci bəndinə əsasən, namizədlərin siyahısı Avropa İttifaqı Şurası tərəfindən Komissiyanın prezidentin də razılığa əsasən qəbul edilir. Avropa Komissiyasının yeni seçilmiş prezidenti Ursula von der Leyen noyabrın 21-də siyahıya razılıq verib.

Yeni siyahıda Böyük Britaniya təmsil olunmur.

Son mərhələdə Avropa Parlamenti Komissiyanın tərkibinə ümumilikdə səs verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR