Avropa Komissiyasının Prezidenti COVID-19-a qarşı peyvənd olunub

Avropa Komissiyasının Prezidenti COVID-19-a qarşı peyvənd olunub
# 15 aprel 2021 16:09 (UTC +04:00)

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.

APA-nın xəbərinə görə, Avropa Komissiyasının Prezidenti bu barədə "Twitter"də bildirib.

Aİ regionunda artıq 100 milyondan artıq şəxsin peyvənd olunduğunu qeyd edən Ursula von der Leyen bu gün peyvəndin ilk dozasını vurdurduğunu bildirib.

"Aİ-də tədarük prosesi sürətləndiyi üçün vaksinasiya daha da sürətlənəcək. Nə qədər tez peyvənd etsək, pandemiyaya o qədər tez nəzarət edə bilərik", - deyə xanım Prezident vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR