Avropa Parlamenti "Brexit" layihəsini təsdiqləyib

Avropa Parlamenti "Brexit" layihəsini təsdiqləyib
# 29 yanvar 2020 21:42 (UTC +04:00)

Avropa Parlamenti Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı razılaşmanı təsdiqləyib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir nəticə səsvermələrdən sonra əldə olunub.

Bu gün keçirilən səsvermə nəticəsində 621 parlament üzvü sazişin lehinə, 49-u isə əleyhinə səs verib.

Sənəd üzrə son səsvermə AP-nin Brüsseldəki plenar iclasında baş tutub. İndi sazişin Avropa Birliyi tərəfindən təsdiqlənməsi prosesini başa çatdırmaq üçün Avropa Birliyi Şurası onu rəsmi şəkildə təsdiqləməlidir ki, bu da Birləşmiş Krallığın 31 yanvarda cəmiyyətdən çıxmasına imkan verəcək.

Aİ-nin Brexit üzrə baş müzakirəçisi Mişel Barnier Britaniyanın Aİ-ni tərk etmək qərarından təəssüfləndiyini, ancaq Londonun bu qərarına hörmət etdiyini bildirib.

Avropa Parlamentinin Prezidenti David Sassoli isə səsvermədən sonrakı çıxışında Britaniyanın Aİ-dən ayrılmasına baxmayaraq, hər zaman Avropa İttifaqının bir parçası olaraq qalacağını deyib.

Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula Von der Lyayen isə Britaniya ilə gələcəkdə yaxın tərəfdaşlıq qurmaq istədiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR