Avropa Parlamentinin konstitusiya işləri üzrə komitəsi "Brexit" razılaşmasını təsdiqləyib

Avropa Parlamentinin konstitusiya işləri üzrə komitəsi "Brexit" razılaşmasını təsdiqləyib
# 24 yanvar 2020 07:44 (UTC +04:00)

Avropa Parlamentinin konstitusiya işləri üzrə komitəsi fövqəladə iclasda Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmağı haqqında razılaşmanı – "Brexit"i təsdiqləyib.

APA "TASS" agentliyinə istinadən xəbər verir ki, Avropa İttifaqı tərəfindən bu sənədin təsdiqi Avropa Parlamentinin yanvarın 29-da plenar sessiyasında səsvermədən sonra yekunlaşacaq.

Bununla da Böyük Britaniya yanvarın 31-də Aİ-ni rahatlıqla tərk edə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR