Avropa Parlamentinin vitse-prezidenti: "Aİ “Şərq tərəfdaşlığı”nın gücləndirilməsinə sadiqdir"

Avropa Parlamentinin vitse-prezidenti: "Aİ “Şərq tərəfdaşlığı”nın gücləndirilməsinə sadiqdir"
  • Clock-gray 16:47
  • calendar-gray 09 Dekabr 2019

“Avropa İttifaqı “Şərq Tərəfdaşlığı”nın gücləndirilməsi və dərinləşdirilməsinə sadiqdir”.

APA-nın yerli bürosu xəbər verir ki, Tbilisidə keçirilən Avronest Parlament Assambleyasının 8-ci sessiyasında çıxışı zamanı Avropa Parlamentinin vitse-prezidenti Klara Dobrev belə deyib. Onun sözlərinə görə, üzv ölkələr gələn il keçiriləcək sammitə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni təşəbbüslərlə gəlməlidir.

“İndi Avropa İttifaqı yeni institutları və komissiyası ilə yeni mərhələyə daxil olur. Düşünürəm ki, ittifaq “Şərq tərəfdaşlığı”nın gücləndirilməsi və dərinləşdirilməsinə sadiqdir. Parlamentin prezidenti açıq şəkildə bildirib ki, “Şərq Tərəfdaşlığı” onun ən böyük prioritetlərindəndir və bu, belə də qalacaq. Avropanın şərqindən və ya qərbindən gəlməyimizdən asılı olmayaraq, biz eyni tarixi  paylaşırıq və eyni gələcəyi də paylaşacağıq. Gələn il “Şərq Tərəfdaşlığı”nın sammiti olacaq və biz bu əməkdaşlığı dərinləşdirmək üçün yeni təşəbbüsələrlə gəlməliyik. Fikirlərin müxtəlifliyi demokratiyadır və biz bundan qorxmamalıyıq”, - deyə K. Dobrev qeyd edib.

Səid Babazadə

Digər xəbərlər