Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri Türkiyəyə səfər edəcəklər

Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri Türkiyəyə səfər edəcəklər
# 06 aprel 2021 06:49 (UTC +04:00)

Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfərə gələcəklər.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin yaydığı məlumatda ​​deyilir.

Məlumata görə, danışıqlar zamanı Türkiyə ilə Avropa Birliyi arasındakı münasibətlərin hərtərəfli müzakirəsi planlaşdırılır.

Tərəflər Ankara ilə Brüssel arasında Türkiyənin AB-yə daxil olmasının perspektivi çərçivəsində işbirliyini inkişaf etdirmək üçün atıla biləcək addımları nəzərdən keçirəcəklər.

Bundan başqa, regional gündəlikdəki aktual məsələlər və beynəlxalq tədbirlər barədə fikir mübadiləsinin aparılması da planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR