Avstriya XİN başçısı “Şimal axını-2”yə sanksiyaların tətbiq edilməsini tənqid edib

Avstriya XİN başçısı “Şimal axını-2”yə sanksiyaların tətbiq edilməsini tənqid edib
  • Clock-gray 10:39
  • calendar-gray 13 Yanvar 2020

Avstriyanın Xarici İşlər naziri Aleksander Şallenberq “Şimal axını – 2” qaz boru kəmərinə sanksiyaların tətbiq edilməsini tənqid edib.

APA-nın xəbərinə görə, bu barədə nazir “Die Presse” qəzetinə müsahibəsində bildirib.

O deyib ki, “Şimal axını-2" qaz boru kəmərinə sanksiyaların tətbiq edilməsi qəbuledilməzdir.

Avstriya XİN başçısının sözlərinə görə, boru kəməri Avropanın enerji təminatının şaxələndirilməsinə təminat verir və Ukraynanın maraqlarına zidd deyil.

Nazir qeyd edib ki, ABŞ və Avropa İttifaqı ölkələri müştərək dəyərləri bölüşür.

“Lakin biz 30 il əvvəlin metodlarından istifadə etməyə davam edə bilmərik. Dünya çoxqütblü olub”, - deyə o vurğulayıb.

Xatırladaq ki, ABŞ Senatı Rusiyanın “Qazprom” şirkətinin “Şimal axını - 2” qaz boru kəmərinin inşasına kömək edən podratçılara qarşı yeni sanksiyaları özündə ehtiva edən 2020-ci il üçün Müdafiə Büdcə Qanununu qəbul edib. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date